İstintaq jurnalisti zərərçəkən kimi tanıdı

istintaq-jurnalisti-zererceken-kimi-tanidi
Oxunma sayı: 644

I.Abbasov “Turan”a bildirib ki, dünən Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsində şahid qismində dindirilib. “Dindirilmə başa çatdıqdan sonra müstəntiq mənim zərərçəkən kimi tanındığımı elan etdi”,- jurnalist qeyd edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun və “Zerkalo” qəzetinin əməkdaşı Idrak Abbasov aprelin 18-də Sulutəpə qəsəbəsində ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni videoya çəkərkən döyülüb. Jurnalist onu ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşlarının döydüyünü bildirib.

I.Abbasovun qabırğaları sınıb, gözü zədələnib və çoxsaylı zərbələrdən bədənində qançırlar yaranıb. O, aprelin 18-də ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və mayın 1-dək xəstəxanada müalicə alıb.

Dünən dindirilmədən sonra Idrak Abbasova məhkəmə tibbi ekspertizası təyin edilib. O, xəstəlik tarixçəsi ilə bağlı sənədləri və bədənindəki xəsarətlərlə bağlı rentgen çəkilişlərini istintaqa təqdim edib.