İstirahət günlərində hava necə olacaq?

istirahet-gunlerinde-hava-nece-olacaq
Oxunma sayı: 1039

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb. 

"Qafqazinfo" xəbər verir ki, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, fevralın 23-24-də bu bölgədə hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-də axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-ü gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 4-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın yaxın iki gündə əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək