İstirahət mərkəzinin sahibi cərimə edilib

İstirahət mərkəzinin sahibi cərimə edilib
Oxunma sayı: 1478

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Baki şəhəri,  Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, şikayət Nnazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. 

“Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib. 

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

Vəhşi quş isə təbiətə buraxılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi