İsveç şirkəti Venturanı lağa qoydu, italyan azarkeşlər mağazalara basqın etdi

isvec-sirketi-venturani-laga-qoydu-italyan-azarkesler-magazalara-basqin-etdi
Oxunma sayı: 1859

DÇ-2018-ə vəsiqə qazana bilməyən və buna görə vəzifəsindən istefa verən İtaliya millisinin sabiq baş məşqçisi Can Pyero Ventura İsveçin məşhur mebel şirkəti IKEA tərəfindən lağa qoyulub.

“Qafqazinfo” xəbər verir ki, şirkətin sosial media hesabından belə bir mesaj yayımlanıb:

“Can Pyeronun postunu itirməsin görə kədərliyik. Amma ona yeni stul təklif edirik”.

İtalyan azarkeşləri əsəbiləşdirən bu mesajdan sonra IKEA-ya boykot çağırışları edilib. Fanatik azarkeşlər şirkətin İtaliyanın bir çox bölgəsindəki mağazalarına basqın ediblər və maddi ziyan vurublar.