İsveç təyyarəsi sərhədə yaxınlaşdı - Rusiya qırıcısı havaya qalxdı

isvec-teyyaresi-serhede-yaxinlasdi
Oxunma sayı: 1446

Rusiya ölkə sərhədinə yaxınlaşan İsveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə görə Baltik dənizi üzərində havaya Su-27 qırıcılarını qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Su-27 hava gəmisini tanımaq üçün təhlükəsiz məsafəyə qədər yaxınlaşıb. İsveç təyyarəsi dövlət sərhədindən uzaqlaşdıqdan sonra Rusiya qırıcısı aerodroma qayıdıb. 

Qeyd edək ki, daha əvvəl baş verən olayla bağlı İsveçin müdafiə naziri Peter Xultkvist bəyanat verib. O, Rusiya ekipajının hərəkətini “qəbuledilməz və normalar çərçivəsindən kənar” adlandırıb. Nazirin sözlərinə görə, insident zamanı İsveç təyyarəsi beynəlxalq hava məkanında olub.