İsveçdə ilk azan səsi

isvecde-ilk-azan-sesi
Oxunma sayı: 660

“Deyerler.org”un məlumatına görə, Fitcə Böyük Məscidin minarəsindən ilk dəfə azan sədaları ucalıb. Azanın oxunmasını İsveç dövlət televiziyası da canlı yayımlayıb.
Ölkədə yaşayan müsəlmanlar məscidə axın edərkən, məsciddə böyük sıxlıq yaşanıb. Müsəlmanlar göz yaşları içərisində azan sədalarını dinləyib. Məscidin minarəsindən azan sədalarının ucalmasını yayımlamaq üçün yüzlərlə jurnalist də məscidə gəlib.

Qeyd edək ki, Botkirka şəhərində yerləşən məsciddə azan sədalarının minarələrdən ucalmasına razılıq ilk dəfə şəhərin bələdiyyəsi tərəfindən verilib. Daha sonra bu qərar bələdiyyə məclisində də səsə qoyulub və qəbul edilib.