İsveçdə ilk sürücüsüz sərnişin avtobusunun sınaqları keçirilir

İsveçdə ilk sürücüsüz sərnişin avtobusunun sınaqları keçirilir
Oxunma sayı: 673

İsveçinin Stokholm şəhərində sürücüsüz işləyən ictimai nəqliyyat növü istifadəyə veriləcək.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu avtobuslar elektriklə işlədiyi üçün yavaş və səssiz hərəkət edir.

Altı oturacağın quraşdırıldığı 3,3 ton ağırlığında avtobusun sərnişin tutumu 12 nəfər təşkil edir. Avtobusda sadəcə nəzaərtçi yerləşdirilib. O, ehtiyac olan zəruri məqamlarda hərəkətə müdaxilə edir.

Məlumata görə, avtobus yoldakı bütün maneələri qeydə alan və əyləcə basmaq lazım gələndə siqnal verən xüsusi ötürücülərlə təchiz edilib. Bəzən ötürücülər təkcə real maneələri deyil, həm də buxar tüstüsü kimi ziyansız obyektlərə reaksiya verirlər. Belə hallarda avtobusun hərəkəti zəifləsə də, zərurət yarandıqda əllə idarəetmə rejiminə keçərək çətin yeri sürətlə qət etmək mümkündür.

Fransanın “Easymile” şirkətinin iki avtonom avtobusunun 6 ay ərzində Stokholmda sınaqdan keçirilməsi planlaşdırılır. Nəqliyyat vasitələri əvvəlcədən proqramlaşdırılan 1,5 kilometrlik marşrut üzrə saatda 20 km sürətlə hərəkət edəcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi