İsveçdə müsəlmanları təhqir edən cəzalandırıldı

isvecde-muselmanlari-tehqir-eden-cezalandirildi
Oxunma sayı: 908

İsveçdə sosial mediada müsəlmanları təhqir edən bir nəfərə 3 aylıq həbs cəzası verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanları “parazit” adlandıran həmin şəxs 7500 kron (1580 manat) cərimə ödəməklə həbsdən azad olub.

Məhkəmə prosesini aparan Mixael Forsberq son zamanlar sosial mediada təhqirlərin artdığını, saxta profillərdən edilən paylaşımların “qorxunc” səviyyəyyə çatdığını və polislərin həmin şəxsləri tapmaq üçün günlərlə vaxt sərf etdiyini deyib.