İsveçdə silahlı insident - 4 yaralı

isvecde-silahli-insident
Oxunma sayı: 779

İsveçin Trelleborq şəhərində silahlı insident baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 22.30-da (Bakı vaxtı ilə 00.30-da) qeydə alınıb.

Məlumat əsasən, şəhərin mərkəzi küçələrindən birində baş verən atışma nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının kişi olduğu bildirilib.

Polis hadisə baş verən ərazini əhatəyə alıb.

Faktla bağlı araşdırma aparılır.