İsveçin Sosial Sığorta Agentliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

isvecin-sosial-sigorta-agentliyinin-numayende-heyeti-azerbaycana-sefer-edecek
Oxunma sayı: 662

Nümayəndə heyətinin tərkibinə Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun Baş məsləhətçisi xanım Bodhi Peris və digər şəxslər daxildir. Səfər zamanı Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdiriləcək. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən təqdimatla çıxış edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. İsveçrəli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.

Nigar Məmmədli