İsveçrədə “Dinlər evi” açılacaq

isvecrede-dinler-evi-acilacaq
Oxunma sayı: 638

“SalamNews” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, burada bir dam altında dünyada ən çox yayılmış 8 dinin nümayəndələri fəaliyyət göstərəcək.

Mərkəzdə məsihilərin, müsəlmanların, buddistlərin və yəhudilərin ibadət etmələri üçün yer ayrılacaq. Burada dinlərarası dialoq məqsədilə konfransların təşkili üçün də şərait nəzərə alınıb.

Qeyd edək ki, 75 milyon franka başa gələcək mərkəzin rəsmi açılış mərasimi gələn ilin noyabr ayına planlaşdırılır.