İsveçrənin yeni prezidenti məlum oldu

isvecrenin-yeni-prezidenti-melum-oldu
Oxunma sayı: 3897

İsveçrənin növbəti bir il müddətinə yeni prezidenti seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daxili işlər naziri Alain Berset Federal Məclis və Senatda keçirilən səsvermədə 210 səsdən 190-ını alıb.

O, 1 yanvar 2018-ci ildən etibarən prezident səlahiyyətlərinin icrasına başlayacaq. Berset eyni zamanda daxili işlər naziri vəzifəsində də qalacaq.

Qeyd edək ki, İsveçrədə Federal Məclis və Senat, hökuməti təmsil edən 7 nazirdən ən yaşlı olanı səs çoxluğu ilə 1 il müddətinə prezident seçir.