İsveçrəylə viza rejimi aradan qaldırıla bilər

isvecreyle-viza-rejimi-aradan-qaldirila-biler
Oxunma sayı: 1592


“Qafqzinfo” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İsveçrənin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə bu gün Bakıda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İsveçrə ilə Azərbaycan arasında viza rejimi və readmissiya haqqında danışıqlar başa çatıb: "Ümidvarıq ki, yaxın gələcəkdə bu sənədlər imzalanacaq və ratifikasiya olunacaq".

M.Məmmədquliyev bildirib ki, bu proses başa çatdıqdan sonra diplomatik və xidməti pasport sahibləri vizasız gedib-gələcək, adi vətəndaşlar üçün isə viza sənədlərinin sayı və viza rüsumunun məbləği azaldılacaq: "Gələcəkdə isə ümumiyyətlə vizaların aradan qaldırılması məsələsi üzrə də razılığa gələ bilərik".

Nazir müavini əlavə edib ki, hazırda 240 azərbaycanlı tələbə İsveçrə universitetlərində təhsil alır: "Onların da 70-i dövlət proqramı çərçivəsində təhsil alır".