İt alverçiləri yaxalanıb

it-alvercileri-yaxalanib
Oxunma sayı: 644

“Qafqazinfo”nun Timeturkdən əldə etdiyi məlumata görə, Tailanddakı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində qəfəslərə yığılmış mindən artıq köpək aşkarlanıb. İtlərdən 300-nün yollarda tələf olduğu aşkarlanıb.
Ələ keçirilən itlər bir heyvan qoruma müəssisəsinə yerləşdirilib. Qaçaqmalçılar isə hər itə görə 30 dollar cərimə edilib.
Heyvansevərlər təşkilatları it qaçaqçılığının qarşısının alınması üçün cəzaların artırılmasını tələb edir. Tailanda it qaçaqçılığı ilə məşğul olanlar ya bir il həbs edilməklə, ya da 670 dollar cərimə ilə cəzalandırılır.