İtaliya “Eurovision-2012”də iştirakını təsdiqləyib

italiya-eurovision-2012de-istirakini-tesdiqleyib
Oxunma sayı: 643

APA-nın “escdaily.com”a istinadən yaydığı xəbərə görə, ölkənin RAİ 4 və RAİ 5 telekanalları mayın 22-24-də Bakıda keçiriləcək müsabiqənin yarımfinal, RAİ 2 və RAİ 3 isə final mərhələsini yayımlayacaq.

İtalyanın Eurovision təmsilçisini ənənəvi olaraq ən populyar Sanremo musiqi şousu müəyyənləşdirir. Keçən il Sanremonun qalibi olan və İtaliyanı mahnı yarışmasında təmsil edən Rafael Gualazzi ikincilik qazanıb. Builki Sanremo müsabiqəsi 14-18 fevralda keçiriləcək.

Qeyd edək ki, İtaliya müsabiqənin birbaşa finalında çıxış edəcək.