İtaliya hökuməti Genuya şəhərində avtomobil körpüsünün uçması səbəbindən Liquriya əyalətində fövqəladə vəziyyət rejimi elan edib.
“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bu barədə baş nazir Cüzeppe Konte bəyanat yayıb. Onun sözlərinə görə, fövqəladə vəziyyət bir ilədək davam edəcək və b qərar nazirlər şurasının iclasından sonra qəbul edilib.
Konte, həmçinin, qeyd edib ki, hadisənin nəticələrinin aradan qaldırılması üçün ilkin mərhələdə 5 milyon avro vəsait ayrılıb.