İtaliya miqrantların gəmisinə həbs qoydu

italiya-miqrantlarin-gemisine-hebs-qoydu
Oxunma sayı: 770

İtaliya prokurorluğu göyərtəsində 79 miqrantın olduğu “Open Arms” ispan gəmisinə həbs qoyulması haqda qərar qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda gəmi Lampeduza adası sahillərinə yan alıb. Gəmiyə həbs qoyulması qərarı hakimlərin, həkimlərin və polisin göyərtəyə daxil olmasından sonra elan edilib. Artıq gəmiyə xidməti vəzifəsini yerinə yetirməmə üzrə cinayət işi açılıb.

Qeyd edək ki, İtaliya hökuməti 2018-ci ildən miqrasiya haqqında qanunvericiliyi sərtləşdirib.