İtaliya mundialı kənardan izləyəcək - 60 il sonra ilk dəfə

italiya-mundiali-kenardan-izleyecek
Oxunma sayı: 2285

DÇ-2018-in pley-off mərhələsinin cavab oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, İtaliya öz meydanında İsveçi qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu komandalar arasında keçirilən ilk matçda İsveç millisi 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki,  İtaliya millisi son 60 ildə ilk dəfə Dünya Çempionatından kənarda qalıb. 1958-ci ildə İsveçdə keçirilən mundiala İtaliya vəsiqə qazana bilməmişdi və həmin çempionatda ev sahibi İsveç 2-ci yeri tutmuşdu.

İtaliya - İsveç 0:0

İlk oyun: 0:1