İtaliya polisi erməni deputatın otel nömrəsinə basqın edib

italiya-polisi-ermeni-deputatin-otel-nomresine-basqin-edib
Oxunma sayı: 1975

Ermənistan parlamentinin deputatı Nikol Paşinyanı İtaliyada həbs etmək istəyiblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Elk” müxalifət fraksiyasının rəhbəri Facebook hesabında yazıb. Onun sözlərinə görə, İtaliya polisi onun Romadakı otel nömrəsinə basqın edib:

“İtaliya polisi mənim Romadakı otel nömrəmi mühasirəyə alıb. Məni həbs etməyə gəliblər. Məlum olub ki, Ermənistan hökuməti məni İnterpol vasitəsilə axtarır. 2008-ci ildən başlayaraq axtarırlar, lakin hələ də tapmayıblar”. 

Yaranan anlaşılmazlığı izah edən Ermənistan polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan bildirib ki, Nikol Paşinyan İnterpol xətti ilə axtarışa verildikdən sonra 2009-cu ilin iyulun 1-də gələrək könüllü şəkildə polis təslim olub və onun barəsindəki axtarış dayandırılıb və İnterpolun baş katibliyi bununla bağlı məlumatlandırılıb. 

Xatırladaq ki, 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra Paşinyan axtarışa verilib. 2009-da təslim olan siyasətçiyə 2010-cu ildə 7 illik hökm oxunub. Bir il sonra əfvə düşərək azadlığa çıxıb. 2012-ci ildə və 2017-ci ildə yenidən deputat seçilib.