İtaliya prezidenti qızı ilə Bakıya gəldi - Fotolar

italiya-prezidenti-qizi-ile-bakiya-geldi
Oxunma sayı: 6664

İtaliya prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.