İtaliya sindromu bu dəfə də qırılmadı

italiya-sindromu-bu-defe-de-qirilmadi
Oxunma sayı: 625

“Qafqazinfo”nun verdiyi xəbərə görə, D qrupunda mübarizə aparan Bakının “Azərreyl” komandası üçün tur uğursuz alınıb. Faiq Qarayevin yetirmələri İtaliyada yerli “Foppapedretti” ilə üz-üzə gəlib. Pley-offa vəsiqəni vaxtından əvvəl təmin edən “Azərreyl” bu oyunda qrup birinciliyini qorumaq üçün qələbə qazanmalıydı. Lakin “dəmiryolçular” 1:3 hesablı məğlubiyyətlə barışmalı olub.

Qeyd edək ki, təmsilçilərimiz indiyə kimi İtaliya səfərindən qələbə ilə dönməyiblər.

Ceyhun Əhmədov