İtaliyada biabırçılıq - İrqçiliyə məruz qalan futbolçu cəzalandı

İtaliyada biabırçılıq
Oxunma sayı: 1

İtaliya A seriyasında baş tutan “Kalyari” – “Peskara” oyununda qonaqların futbolçusu Salli Muntarinin irqçiliyə məruz qaldığı barədə məlumat vermişdik.

“Qafqazinfo” xəbər verir ki, “Kalyari” azarkeşləri qanalı futbolçunu irqçi təhqirə məruz qoymuşdular. Təhqirlərə dözməyən Muntari hakimə yaxınlaşaraq, hadisəyə müdaxilə etməsini istəmişdi, lakin referi hər şeyin normal olduğunu söyləyərək futbolçuya sarı vərəqə göstərmişdi. Bundan sonra Muntari meydanı tərk etmişdi.

Muntari oyunu tərk edərkən formasını onu valideynlərinin yanında təhqir edən azyaşlı uşağa hədiyyə etmişdi və bu sözləri ona söyləmişdi: "Formamı azyaşlı uşağa verdim. O, məni valideynlərinin yanında təhqir edirdi. Mən ona dedim ki, bu, mənim dərimdir. Sən düzgün etmirsən. Mən ona gələcək üçün yaxşı örnək oldum".

Məsələni araşdıran İntizam Komitəsi isə irqçi azarkeşləri deyil, Muntarini cəzalandırıb. "Kalyari" və azarkeşləri cəzalanmasa da qanalı yarımmüdafiəçi 1 oyunluq "Peskara"ya kömək edə bilməyəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi