İtaliyada parlament seçkiləri keçirilir

italiyada-parlament-seckileri-kecirilir
Oxunma sayı: 656

İtaliyada parlament seçkiləri başlayıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 7:00-dan 23:00-a qədər fəaliyyət göstərəcək.

Ölkə ərazisində və xaricdə 61 mindən artıq seçki məntəqəsi açılıb.

Seçkilərdə İtaliya parlamentinin aşağı palatasına 630 deputat, yuxarı palatasına 315 senator seçiləcək.

Aşağı palataya deputat seçmək hüququna 18 yaşa çatmış 46,6 milyon insan, senator seçmək hüququna isə 25 yaşa çatmış 42,8 milyon vətəndaş malikdir.