İtaliyada qəzadan sonra partlayış - 2 ölü, 60 yaralı + Fotolar + Yenilənib

italiyada-qezadan-sonra-partlayis
Oxunma sayı: 2365

İtaliyanın Boloniya şəhərində hava limanına yaxın ərazidə güclü partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yanacaq dolu sisterin partlaması nəticəsində baş verib. Azı 20 nəfərin yaralandığı bildirilir.

Magistral yol avtomobillərin hərəkəti üçün ikitərəfli dayandırılıb. 

İnsident nəticəsində aeroport zərər çəkməyib, fəaliyyətini davam etdirir. 

***

Son məlumata görə, partlayışda bir nəfər ölüb, 55 nəfər isə yaralanıb.

***

Partlayış magistral yolda avtomobil qəzasından sonra baş verib. Hadisə zamanı 10 avtomobil partlayıb.

Partlayışın şiddətindən yolda çuxurlar ortaya çıxıb.

Ən az 2 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilir. Yaralılardan 14 nəfərin vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağından ehtiyat edilir.