İtaliyada rus turistləri daşıyan avtobus aşdı - Video

italiyada-rus-turistleri-dasiyan-avtobus-asdi
Oxunma sayı: 752

İtaliyada rusiyalı turistləri daşıyan sərnişin avtobusu aşıb.

“Qafqazinfo”nun “Corriere della Sera” qəzetinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 1 nəfər ölüb, yaralılar var.

İçərisində azı 50 sərnişinin olduğu avtobus Siena şəhərindən Florensiya istiqamətində hərəkət edirmiş.

Qəzanın yağışdan sonra yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Hadisə yerində xilasedicilər çalışır.

***

Rusiyanın İtaliyadakı səfirliyindən “TASS” agentliyinə bildirilib ki, avtobusda 60 turist olub. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.