İtaliyada zəlzələ oldu - 2 ölü, 25 yaralı + Yenilənib

italiyada-zelzele-oldu
Oxunma sayı: 965

İtaliyanın İskya adasında 3,6 bal gücündə zəlzələ olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 20:57-də qeydə alınan yeraltı təkanların episentri İskyanın qərbində, ocağı isə 10 km dərinlikdə yerləşib. 

Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da, dağıntılar olub.

***

İtaliyanın İskya adasında baş verən zəlzələ nəticəsində bir qadın ölüb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “Rai News 24” telekanalı məlumat yayıb.

Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər. Hazırda ərazidə elektrik enerjisi tamamilə kəsilib.

***

İtaliyanın Mülki Müdafiə Xidmətinin nümayəndələrindən zəlzələ nəticəsində ölənlərin sayının 2-yə çatdığını bildirib.

Son məlumata görə, 10 nəfər itkin düşüb, 25 nəfər xəsarət alıb. Onlardan 2-nini vəziyyəti ağırdır.