“İtaliyaya da iqtisadi hücum ola bilər”

italiyaya-da-iqtisadi-hucum-ola-biler
Oxunma sayı: 1693

İtaliyanın baş nazirinin mətbuat katibi Cankarlo Corcetti ölkəsinin də Türkiyə kimi iqtisadi hücuma məruz qala biləcəyini deyib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “Libero” qəzetinə danışan Corcetti iqtisadi təhlükənin İtaliyanı avqustun sonu sentyabrın əvvəlində gözlədiyini qeyd edib:

“Belə bir hücumu gözləyirəm. Bazarda ovunu nişanlayıb hərəkətə keçməyi gözləyən ac spekülativ fondlar var. 1992-ci ilin avqustunda və 7 il əvvəl Berluskoninin dövründə nələr olduğunu gördük. Fond bazarında yayın sonunda hərəkətlilik çox az olduğundan ölkələrə qarşı aqressiv addımlar atıla bilər. Türkiyədə olduğu kimi...”.