İtən Rusiya vətəndaşı tapıldı

iten-rusiya-vetendasi-tapildi
Oxunma sayı: 642

Bakı Şəhər BPİ mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 15-də Lerik rayon sakinləri Samiq, Sakit, Vahid Hadıyev qardaşları və Lökbatan qəsəbə sakini Zaur Hacıyev Ayət Əbülfətova məxsus daş karxanasından 138 metr elektrik kabelini oğurladıqları üçün Qaradağ RPİ 38-ci PB əməkdaşları tərəfindən tutulublar.

Sentyabrın 17-də Bakı şəhər sakini Orxan Həsənov idarə etdiyi “Honda” markalı motosikılı ağaca vurub və aldığı xəsarətlər nəticəsində bu gün KTM-da ölüb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlhamə Ömərova ötən gün yaxalanıb.

Keçən ay 8-ci mikrorayonda yaşayan Rusiya Federasiyasının vətəndaşı Emil Cəbrayılov evdən çıxıb və geri qayıtmayıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının səyi nəticəsində E. Cəbrayılov tapılıb.

Gülnar