İtən skripkaçı peyda oldu

iten-skripkaci-peyda-oldu-
Oxunma sayı: 655

Tunar Rəhmanoğlunun bəstəsi olan musiqi Türkiyədə aranjeman olunub. Aranjemançısı Ahmet Bikcana, bağlama Mustafa Tanrıverdiyə, Mix-Mastering isə Rubail Əzimova məxsusdur. “Qafqazinfo” xəbər verir ki, skripka ifaçısı hazırda solo və ansambl fəaliyyətini davam etdirir. Eyni zamanda yeni albom və müxtəlif layihələr üzərində çalışır. Yaxın aylarda isə solo konsertlə çıxış etmək fikrindədir. Onu da bildirmək yerinə düşər ki, bu günlərdə Ramin Həsənovun rəsmi facebook səhifəsi açılıb və tezliklə də veb-saytı istifadəyə veriləcək.

Bildirək ki, Ramin Həsənov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1987-1998-ci illər ərzində Bülbül adına orta ixtisas musiqi məktəbində skripka sinfində təhsil alıb. Məktəbdə təhsil aldığı müddətdə, bir çox dövlət tədbirlərin ifaçı kimi çıxış edib, fəxri fərmanlarla təltif olunub. Bunların sırasında 1992-ci ildə «7-17» müsabiqəsinin iştirakçısı olub, 1993-cü ildə «Maştağa» xeyriyyə cəmiyyəti tərəfindən «Sübh şəfəqləri» tele-müsabiqəsində xüsusi ifaçılıq istedadına görə, 1994-cü ildə Bakı Qarnizonu «Qırmızı şəfəq» zabitlər klubunda əsgər və zabitlər qarşısındavə döyüş bölgəsində, N saylı hərbi hissələrdə öz məharətli ifaları ilə çıxış etdiyinə görə Müdafiə Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Kiçik yaşlarından ifaçılıq fəaliyyətinə başlayan Ramin Azərbaycanın bir çox tanınmış incəsənət xadimləri ilə çalışıb. 2002-ci ildə «Xatirələr», 2008-ci ildə «Mərakeş» adlı musiqi albomları işıq üzü görüb və dinləyicilər tərəfindən maraqla qarşılanıb.

2003-cü ildə «Mərakeş» kompozisiyası V&V company tərəfindən ilin ən yaxşı kompozisiyası nominasiyasına layiq görülüb. 2006-cı ildə Misirdə «Tranzit» klipi çəkilib.