İtən təyyarədə Rotşildlərin adı hallandı

iten-teyyarede-rotsildlerin-adi-hallandi
Oxunma sayı: 3381


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı məqam ondan ibarətdir ki, təyyarədə olan Peidong Wang, Zhijun Chen, Zhihong Cheng və Li Ying adlı 4 sərnişinin baron Jakob Rotşildə aid “Freescale Semiconductor” firmasının patent ortaqları olduğu məlum olub. Ortaqlıq sazişinə görə isə beş ortaqdan 4-ü ölərsə bütün patent Rotşild firmasına keçməlidir. Bu səbəbdən də təyyarənin baronların istəyi ilə qəsdən yoxa çıxması ortaya atılan son iddialardandır. 

Xatırladaq ki, bir neçə gün öncə Malayziya baş naziri təyyarənin Hind okeanına düşdüyünü rəsmi olaraq elan etmişdi. Boeing 777-nin qara qutusunun axtarışları isə hələ də davam edir. Lakin bu gün hava şəraiti ilə əlaqədar axtarışların müvvəqqəti olaraq dayandırıldığı bildirilib.