İtgin düşən balıqçılardan bəd xəbər

itgin-dusen-baliqcilardan-bed-xeber
Oxunma sayı: 643

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, balıqçıların dəniz sularında boğulduğu rəsmən təsdiqini tapıb. Bu barədə rəsmi Astana Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat verib. Balıqçıların batmasının səbəbləri isə hələlik məlum deyil.

XİN-in mətbuat xidmətinin rəhbərin Elman Abdullayev bildirib ki, Qazaxıstan tərəfi ilə birgə aparılan araşdırmalardan sonra balıqçıların qayıqları Qazaxıstan sahillərində tapılıb. Onlar özləri boğulub, cəsədlərinin axtarışları davam etdirilir.

Xatırladaq ki, dekabrın 23-də balıq ovlamaq üçün dənizə yollanan balıqçılar 8 nəfərdən ibarət heyət üzvi ilə yola düşüblər. Batan 5 balıqçı xırda qayıqla gəmidən ayrılıb və ovu davam etdirmək üçün uzaqlaşıblar. Balıqçıların yaxınlarının sözlərinə görə, 3 tona yaxın balıq yükü ilə geri qayıdan balıqçılar dekabrın 30-da “Tayfun” gəmisinə onları götürmək üçün müraciət etsələr də, gəmi onları tapmamış geri qayıdıb.