“İti ərə verəndə qohum olmurlar”

iti-ere-verende-qohum-olmurlar
Oxunma sayı: 652

Əli Mirəliyev bu sözləri Gün.Az-a xalq artisti Səməd Səmədovla müğənni Nadir Qafarzadənin itlərini evləndirməsi xəbərinə münasibət bildirərkən deyib. “İti ərə verəndə qohum olmurlar. İt itdi, insan da insan. Allah lazım bilsəydi, iti də insan kimi yaradardı. İtləri evləndirən, onlara konsert verən adamlar məncə, insanlıqdan çıxıblar. İnsan itlə qohum olmaz ki”.

Ə.Mirəliyev bunu həmkarlarının yaradıcılıqdakı uğursuzluqları ilə əlaqələndirib.

“Aşığın sözü qurtaranda “nanay-nanay” deyər. Bunların oxumaqları yoxdu, nəsə eləməlidirlər axı?! Onlar da qalmaqal salırlar, itlərini cütləşdirib, gündəmə gəlirlər. Daha nə deyəsən?”