İti vuracaqdı, arvadını güllələdi

iti-vuracaqdi-arvadini-gulleledi
Oxunma sayı: 2196

Türkiyənin Samsun şəhərinin Təkkəköy qəsəbəsində ər arvadını səhvən güllələyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Asiyə K. adlı qadın evə gedərkən küçədə itin hücumuna məruz qalıb.

Bu zaman həyat yoldaşını xilas etməyə çalışan Cengiz K. silahı ilə iti vurmaq istəyib. Lakin, güllə Asiyəyə dəyib.

Qarnından yaralanan qadın təcili yardımla xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.