““İticekt”dən “Qarabağ” – “Roma”oyunundakı narazılıqlara - Cavab

““İticekt”dən “Qarabağ” – “Roma”oyunundakı narazılıqlara
Oxunma sayı: 1492

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində Atletiko və Çelsi klubları ilə görüşün biletləri artıq satışda Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Roma” oyunundan sonra qarşılaşma üçün bilet satışını reallaşdıran “İticket” şirkətinə qarşı müəyyən narazılıqlar yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, şirkət bununla bağlı bütün suallara ayıdnlıq gətirib. 

Verilən açıqlamada yaranan problemlərin səbəbi izah olunub: ““Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra klubla bilet satışı ilə bağlı müqavilə imzaladıq. Sözləşmə imzalanandan dərhal sonra işə start verildi. İlk 3-4 gün ancaq biletin dizaynına sərf olundu. Biletin dizaynını mütləq UEFA təsdiqləməlidir. İtaliyada biletlər 15 günə hazır oldu. 3 gün ərzində də təyyarə ilə Bakıya gətirildi. Vauçer satışı zamanı alıcının özü haqda məlumatı verməsi müəyyən vaxt aparırdısa, bu dəfə həmin vauçeri təqdim edərək dərhal biletə sahib çıxmaq mümkün idi. Narazılıqların bir qismi çatdırılma ilə bağlı idi. Halbuki çatdırılma prosesini biz həyata keçirmirdik. “İticket” şirkəti olaraq 8 gün ərzində 60 min bilet dəyişdik.

Biz biletlərimizi ofisimizdə konvertə yerləşdirib çatdırıcı şirkətə təqdim edirdik, onlar da lazımi ünvana çatdırırdılar. Bir müddətdir partnyorluq etdiyimiz həmin şirkət işinin öhdəsindən 99,9 faiz gəldi. Çox cüzi sayda bilet sahibinə çatmayıb ki, bu da sifarişçilərin adlarını, yaxud telefon nömrələrini düzgün qeyd etməmələrindən irəli gəlir. Çempionlar Liqası, UEFA Avropa Liqası kimi mötəbər turnirlərin vacib oyunlarına bilet satışları zamanı minlərlə insan saatlarla növbədə dayanır. Bu, qaçılmazdır. 60 min biletin satışını qısa müddət ərzində növbəsiz təşkil etmək qeyri-mümkündür. Şirkətimizin “Call Center”i bilet satışı zaman fasiləsiz zənglər qəbul edirdi. Həmin mərkəzdə cəmi 3 operator fəaliyyət göstərirdi. 1 oyun üçün 50 nəfərlik “Call Center” saxlamağımız qeyri-mümkün idi. 1 saatda 1 operator 30 müştərinin maksimum sualını cavablandıra bilər. Bu isə 30 gün ərzində 10 min insanın zənginə cavab vermək deməkdir. İstər-istəməz 50 min insanın zəngi cavabsız qalır. Bütün azarkeşlərin suallarını cavablandırmaq fiziki olaraq qeyri-mümkün idi. Azarkeşlərin narahatçılığını aradan qaldırmaq üçün sosial şəbəkələr vasitəsi ilə mütəmadi olaraq hər kəsə biletinin çatdırılacağı barədə anonslar verirdik. Biletlərin İtaliyada sifariş verilməsi ondan irəli gəlir ki, həmin kağızdan Azərbaycanda yoxdur.

Biletlər mütləq dünya standartlarına uyğun olan həmin kağızlarda çap olunmalı idi. Azarkeşlərdən xahiş olunmuşdu ki, oyuna 3 saat öncədən gəlsinlər. Təəssüf ki, həmin vaxtda stadionun qarşısında maksimum 200 nəfər var idi. Onlar da çox rahat şəkildə stadiona daxil oldular. 1 saat ərzində bu proses normal şəkildə davam etdi. Bütün biletlər yoxlanılır, sonra azarkeşlər stadiona buraxılırdılar. Təəssüf ki, əsas kütlə, azarkeşlərin təxminən 70 faizi yalnız oyuna 40 dəqiqə qalmış stadiona təşrif buyurdular. Bu halda insan axınının qarşısını almaq mümkün olmadığı üçün müəyyən problemlər ortaya çıxdı. Stadionda 3 sektorun boş qalması isə həmin hissənin “Roma” fanatlarına ayrılmasından irəli gəlir. UEFA-nın qaydalarına əsasən, arenanın azarkeş tutumunun 5 faizi qədər yer qonaq komandaya ayrılmalıdır. İtaliyadan həmin sayda azarkeş ölkəmizə gəlməmişdi.

Həmin sektorların biletlərinin yerli azarkeşlərə satılması isə qadağandır. 1 biletin 2 dəfə satılması da qeyri-mümkündür. Bununla bağlı yaranan narazılıq korporativ biletlərə aiddir. Belə ki, müəyyən şirkətlər vauçeri aldıqdan sonra onu hədiyyə ediblər. Bileti hədiyyə olaraq əldə edən şəxs də 2 dəfə vauçeri biletə dəyişməyə cəhd edib. Bu halda birinci şəxsin adı sistemdən çıxarılıb. Biletlərdə alıcının ad və soyadının, şəxsiyyət vəsiqəsinin nömrəsinin qeyd edilməsi haqda qərarı “İticket” şirkəti olaraq “Qarabağ” Futbol Klubu ilə birgə qəbul etmişik. Bu addım “qara bazar”ın qarşısının alınması üçün atılıb. 100 faiz mümkün olmasa da, əminliklə söyləyə bilərik ki, “qara bazar”ın qarşısını ən az yarısından çoxunu ala bildik. Bir daha azarkeşlərin diqqətinə çatdırırıq ki, “qara bazar”dan bilet almasınlar. 2 manatlıq bileti 20-30 manata almağın nə mənası var? Bildiyiniz kimi, artıq həm “Atletiko”, həm “Çelsi” ilə oyunlara vauçerlərin satışı başlanıb. Artıq “Atletiko” ilə oyun üçün satılan vauçerlərdən 5 mindən artığı biletə dəyişdirilib. “Çelsi” ilə görüş üçün isə 4 mindən çox vauçer satılıb. İnsanları indidən bilet almağa dəvət edirik. Bu halda onlar həm bizim həm də öz işlərini asanlaşdırmış olacaqlar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi