İtini susuz qoyan turist cəzalandırıldı

itini-susuz-qoyan-turist-cezalandirildi
Oxunma sayı: 1380

Hollandiyanın paytaxtı Amsterdamda 30 dərəcəyə yaxın istidə itini susuz qoyan turist "heyvana qarşı şiddət" iddiasıyla saxlanılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, iti ilə alış-verişə çıxan kişi turist qəbul etdiyi narkotik maddə səbəbindən küçədə yuxuya gedib.

Bir müddət sahibinin başı üstə gözləyən it susuzluğa dayana bilməyərək yaxınlıqdakı mağazalara girib və su axtarmağa başlayıb. Geyim mağazalarından birində satıcılar ona su verərək polisi xəbərdar ediblər. Hadisə yerinə gedən polis cibindən bıçaq çıxan itin sahibinə pul cəzası verib.

24 saat nəzarətdə saxlanılan turist daha sonra sərbəst buraxılıb.