İtini xilas etmək istədi, özü həlak oldu

itini-xilas-etmek-istedi-ozu-helak-oldu
Oxunma sayı: 1713

ABŞ-ın Kaliforniya ştatının sakini Tedd Leblank itini xilas etmək istəyərkən özü həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata əsasən, insident ştatın Deyli Siti şəhərinin çimərliyində qeydə alınıb.

Gəzinti zamanı it qayanın kənarına yaxınlaşıb. 67 yaşlı Ted onu uçuruma düşməkdən qorumaqa çalışıb, lakin bu zaman özü qayadan yıxılıb.

Yaşlı kişinin 150 metrlik hündürlükdən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. İti isə ölən şəxsin oğluna veriblər.