İtkin düşən 68 yaşlı kişinin meyiti tapıldı

itkin-dusen-68-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 2074

Balakən rayonunun İtitala kəndində itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları başa çatıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, S.Ramazanovun meyiti meşəlik ərazidə aşkar olunub.

Axtarış tədbirlərinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və müvafiq texnikası, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Axtarışlar S.Ramazanovun itkin düşdüyü ehtimal olunan ərazidəki su hövzəsində, çayətrafı və ora yaxın ərazilərdə həyata keçirilib.