Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının - Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun axtarışları davam edir.
“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, axtarışa Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
FHN-dən verilən məlumata görə, vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin “Orion” gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.
İtkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.
***
FHN-dən bildirilib ki, axtarışlar nəticəsində digər balıqçının da meyiti tapılıb. Hər iki balıqçının meyiti aidiyyəti üzrə təhvil verilib.