İtkin düşən erməni məmurun cəsədi tapıldı

itkin-dusen-ermeni-memurun-cesedi-tapildi
Oxunma sayı: 642

İyulun 23-ü itkin düşən erməni məmurun cəsədi tapılıb.

 “Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Armavit qubernatorunun müşaviri Manuk Simonyanın meyiti iyulun 25-də, saat 23:30-da, Dalarik kəndi yaxınlığındakı ərazidən tapılıb.         Simonyanın cəsəd məftillə sarılıb və başında böyük daş olub.

Yerli KİV-lərdə yayılan məlumatlarda qeyd edilir ki, bu cür qətl kriminal aləmdə ölüm üsullarından biridir. 

Artıq məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq aparılır.    

Qeyd edək ki, 52 yaşlı Manuk Simonyan evlidir, 1 uşağı var.        

Aysel Kərimova