İtkin düşən qadının meyiti əkin sahəsində tapıldı

İtkin düşən qadının meyiti əkin sahəsində tapıldı
Oxunma sayı: 2257

Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.

"Qafqazinfo"nun APA-ya istinadən verdiyi məlumata görə, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüşdü.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi