İtkin düşən Zəhra 3 gün sonra metro yaxınlığında tapıldı - Yenilənib

İtkin düşən Zəhra 3 gün sonra metro yaxınlığında tapıldı
Oxunma sayı: 6417

Polis əməkdaşları Sabunçu rayonunda itkin düşən 3 yaşlı Zəhra Bağırovanın axtarışı istiqamətində operativ işlər görülür. 

Bu barədə “”Qafqazinfo”ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verilib.

O, uşağı tanıyanlardan və görənlərdən dərhal polisə xəbər etmələrini xahiş edib. 

Bununla yanaşı, sosial şəbəkələrdə və saytlarda yayılan fotonun Zəhra və onu qaçırdığı iddia edilən şəxsə aid olmadığını vurğulayıb. 

***

Polisin apardığı operativ axtarış-əməliyyat tədbirləri nəticəsində Zəhra tapılıb. Hazırda uşaq polis bölməsindədir. Hadisənin təfərrüatları araşdırılır. 

***

Zəhranın dayısının virtualaz.org-a verdiyi məlumata görə, qızcığaz polis əməkdaşları tərəfindən “Neftçilər” metro stansiyasının yaxınlığında aşkarlanıb.

Zəhranın səhhətinin normal olduğu deyilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın həmin əraziyə necə getməsi ilə əlaqədar araşdırma aparırlar.

Zəhra fikrini çatdırmaqda çətinlik çəkdiyi üçün 8-ci kilometr qəsəbəsinə necə getməsi barədə məlumat verə bilmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi