İtləri güllələyəni polis saxladı

itleri-gulleleyeni-polis-saxladi
Oxunma sayı: 2111

Dünən Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib.

Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.