İtlərin peyvəndlənməsi davam etdirilir

itlerin-peyvendlenmesi-davam-etdirilir
Oxunma sayı: 757

Bu ilin ilk günlərindən etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) quduzluq xəstəliyinə qarşı 207850 baş itdə (o cümlədən 377 baş sahibsiz it) peyvəndləmə tədbiri aparıb.

“Qafqazinfo” xəbər verir ki, hal-hazırda Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirir.

Qeyd edək ki, quduzluq bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.

Dövlət Baytarlıq Xidməti xəstəliyin təhlükəliliyini nəzərə alaraq heyvan sahiblərindən ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal ərazinin baytar həkimə müraciət etməyi tövsiyə edir. Eləcə də insanları ehtiyatlı olmağa, hər hansı bir heyvan tərəfindən dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal səhiyyə ocaqlarına müraciət etməyə və antirabik vaksinini vaxtında vurdurmağa çağırır.