“İtmiş şəhər” tapıldı - Min ildən çox yaşı var + Fotolar

itmis-seher-tapildi
Oxunma sayı: 656

Efiopiyanın şərqində qazıntılar aparan arxeoloqlar 10-cu əsrə aid tarixi şəhərin qalıqlarını tapıblar.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Harlaa bölgəsində ortaya çıxan şəhərdə Misir, Hindistan, Çin kimi uzaq ölkələrdən gətirilən əşyalar tapılıb. Bu isə hələlik “itmiş şəhər” adlandırılan həmin şəhərin bir vaxtlar zəngin ticarət mərkəzi olduğunu göstərir.

Həmçinin, şəhərdə 12-ci əsrdə tikilmiş məscidin qalıqları da üzə çıxarılıb.

Arxeloqlar ərazidə 300 nəfərin basdırıldığı məzarlıq da tapıblar. Sümüklər incələndikdən sonra şəhər əhalisi müəyyən fikirlər ortaya çıxacaq.

Qazıntıların davam edəcəyi bildirilir.