İtmiş təyyarə tapıldı?- - Foto

itmis-teyyare-tapildi-
Oxunma sayı: 4472


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Avstraliya peykdən izlənmə yolu ilə Hind okeanında həmin təyyarəyə məxsus olduğu iddia olunan 2 obyekt aşkarlayıb. 

Bu barədə Avstraliyanın baş naziri Toni Ebbot məlumat verib. Onun sözlərinə görə, Avstraliya Dəniz Təhlükəsizlik İdarəsinin peykdən aldığı görüntülər həmin obyektlərin qəzaya uğramış Boinq-777 təyyarəsinin qalırları olduğunu deməyə əsas verir. 

Qurum artıq həmin peyk şəkillərini də yayıb. Avstraliya xilasedici missiyasının aşkarladığı həmin obyektlərdən birinin uzunluğunun 24 metr olduğu bildirilir. Həmin obyektlər okean suyunun üzərində hərəkət etdiyi üçün onların nə olduğunu dəqiq demək hələ mümkün deyil. Hazırda obyektlərin aşkarlandığı əraziya Avstraliya təyyarələri göndərilib. Dəqiq məlumatlar əldə edildikdən sonra Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi bu barədə mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, Malayziyadan Çinə uçarkən radarlardan itən təyyarədə ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub. Təyyarənin 2 istiqamət üzrə axtarışında 26 ölkənin xilasediciləri, təyyarə və gəmiləri iştirak edir.