İTV-dən “Eurovision”la bağlı bəstəkarlara müraciət

itv-den-eurovisionla-bagli-bestekarlara-muraciet
Oxunma sayı: 722

İctimai Televiziya bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, həm yerli, həm də xarici bəstəkarlara müraciətdə qeyd edilir: “Söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “MP3” versiyasında təqdim etməlidirlər. Göndərilən mahnının xronometrajı "Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır.

Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi original olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır.”

Ətraflı olaraq [email protected] məlumat əldə edə bilərsiz.