İTV ilə bağlı müsabiqənin vaxtı uzadıldı

itv-ile-bagli-musabiqenin-vaxti-uzadildi
Oxunma sayı: 641


Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, "İctimai televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq, İTV-nin Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar müsabiqənin müddəti 19 mart 2013-cü il tarixədək uzadılıb.

Müsabiqə səlahiyyət müddəti başa çatmış olan idman federasiyaları, dini konfessiyalar, yaradıcılıq təşkilatları - təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədilə elan edilib.