İTV məşhur “Səs” yarışmasını aldı

itv-meshur-ses-yarismasini-aldi
Oxunma sayı: 1288

İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb.  Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Qazfqazinfo”ya verilən məlumata görə, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

Sənədə əsasən, onların əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq. Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər. Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq. Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək. 

Telelayihədə iştiraka dair kastinq və digər məlumatlar haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, “Talpa Global B.V” “Səs” (The Voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.

Xatırladaq ki, müsabiqənin lisenziyasını ilk dəfə AzTV almışdı,  kanalın keçmiş rəhbəri Arif Alışanov layihəni kürəkəni Xəyal Qayıbova həvalə etmişdi.