İTV-nin 13 illik verilişi bağlandı

itv-nin-13-illik-verilisi-baglandi
Oxunma sayı: 4134

İTV-nin yarandığı gündən yayımlanan “Yeni gün” verilişi bağlanıb. 
 
“Qafqazinfo” xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Baku.ws-ə verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqram ilə tamaşaçıların görüşündə olacaq. 

Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.