İTV-nin qalmaqallı departamentinə yeni rəhbər- - Təyinat

itv-nin-qalmaqalli-departamentine-yeni-rehber-
Oxunma sayı: 3758


“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, bundan sonra həmin vəzifəni Lider TV-nin keçmiş əməkdaşı Elgün İbrahimov icra edəcək. 

Xəbəri Elgün İbrahimovun özü təsdiqləyib: "Təxminən 10 gündür ki, bu departamentə rəhbər təyin olunmuşam".

Qeyd edək ki, Xəbərlər Departamenti bir il yarım idi ki, boş qalmışdı. Cəmil Quliyev İTV-yə direktor seçiləndən sonra aparılan ixtisarlar zamanı departamentə rəhbərlik edən Mehparə Quliyevlə ciddi qalmaqallar yaranmışdı. M. Quliyeva əvvəlcə bütün səlahiyyətlərindən məhrum edilmiş, sonra isə işə buraxılmamışdı. 

Onun zərərsizləşdirilməsinə səbəb kimi baş direktorun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədovla vaxtaşırı mübahisə etməsi göstərilirdi. Elə həmin ərəfədə İTV-yə Lider Televiziyasından Elgün İbrahimovu (İndi rəhbər təyin olunan – red.) gətirib və bütün səlahiyyətləri M.Quliyevadan alınaraq ona verilmişdi. 

Bir müddət sonra isə M. Quliyevanın işdən azad olunması rəsmiləşdi. 

Daha sonra isə özünə xəbər saytı açaraq İTV-ə əleyhinə sərt yazılarla çıxış edib.